Dərc edilib: 13-07-2017

https://www.nuh.az/11475-.html

İlham Əliyev Latviyaya gedəcək

13.07.2017 11:04:42

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.


 “Report”    xəbər  verir ki, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.

Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.

Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib