Dərc edilib: 13-07-2017

https://www.nuh.az/11479-.html

Almaniyadan Salyana velosipedlə 3 aya gəldi

13.07.2017 11:56:08

Hadisə

Almaniyalı səyahətçi, 59 yaşlı Dietvich Lüdicke öz ölkəsindən çıxıb 3 ay yol qət etdikdən sonra Salyan şəhərinə çatıb.


Onun virtualaz.org-a verdiyi məlumata görə, sənəti telekommunikasiya sahəsi olsa da, velosipedlə dünya səyahətinə çıxmaq hobbisidir. O, bu dəfə aprel ayında Almaniyadan yola çıxaraq 5 min 884 km yol qət etdikdən sonra ötən gün səhər Azərbaycana çatıb. Axşamı Salyandakı oteldə gecələdikdən sonra o, bu gün Gürcüstan istiqamətində irəliləyəcək. Bütün səyahəti boyunca isə 15 min km-dək yolu qət etməyi və səfərini sentyabr ayında Almaniyaya qayıtmaqla başa vurmağı hədəfləyib.

Səyahətçi onu da qeyd edib ki, həmişəki kimi bu dəfə də olduğu ölkələr barədə təəssüratlarını kitaba köçürməyi planlaşdırır.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib