Dərc edilib: 13-07-2017

https://www.nuh.az/11482-.html

Sahibkarları vahimədə saxlayan “Şamplena” həbs olundu

13.07.2017 12:26:20

Reportaj

Bakıda “Şamplena” adı ilə tanınan Teymur Paşayev adlı seksual azlığın nümayəndəsi saxlanılıb.


 Hüquq-mühafizə orqanlarından “Sputnik Azərbaycan”a verilən məlumata görə, bu gün məhkəmə qaydasında qrup şəklində xuliqanlıqda ittiham olunan 42 yaşlı “Şamplena” haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Saxlanılan şəxs Şüvəlan İstintaq Təcridxanasına aparılıb.

Paşayev göz yaşları içində törətdiyi cinayəti etiraf edərək bildirib ki, sahibkar Məmmədov Rafiz Ramazan oğlundan pul tələb edib və özü öz qolunu kəsib.

Qeyd edək ki, iyulun 4-də saat 00:10 radələrində “Şamplena” bir qrup “mavi” ilə Nizami rayonu ərazisində yerləşən “Opera” çay evinə basqın təşkil edib. Kriminal avtoritet roluna iddia edən və kiçik və orta sahibkarlara “himayədarlıq” etməklə məşğul olan “Şamplena” Məmmədovdan sakit işləmək və onun təşkilatına fayda vermək üçün hər ay 500 manat məbləğində xərac tələb edib.

“Şamplena” deyib ki, bu əraziyə o nəzarət edir. Küçədə fahişəliklə məşğul olan bütün translar və qadınlar səhərə qədər rahat işləmək üçün hər ay ona 20 manat məbləğində xərac ödəyirlər.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib