Dərc edilib: 13-07-2017

https://www.nuh.az/11489-.html

Model Günel Mirzəyevanın ölüm işini aparan müstəntiq bəlli oldu: Ceyhun Hümbətov

13.07.2017 17:33:04

Hadisə

Mətbuatdan bəllidir ki, Xəzərdə batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

 

 Bir müddət  əvvəl  məsələ ilə bağlı  Sabunçu rayon prokuroru Ceyhun Şirinovla, onun müavini Nazim Xudiyevlə dəfələrlə  əlaqə saxlamaq cəhdimiz alınmayıb. Böyük prokuror köməkçisi Əfsər Cəfərov NUH.az-ın müxbirinə bildirib ki, Günel Mirzəyevanın ölüm işi ilə bağlı hansı müstəntiqin məğşul olması barədə onda məlumat yoxdur. Böyük prokuror köməkçisi müxbirimizə bildirib ki, bu məsələ ilə bağlı dəftəxanaya müraciət edin. Təəssüf ki, dəftərxana müdirəsi də onda bu barədə məlumat olmadığını bildirib.

 

     ***

 

Bu gün  13  iyul 2017-ci il tarixdə, yəni hadisədən  xeyli müddət  keçəndən sonra yenidən  Sabunçu rayon prokurorluğuna müraciət etdik. Böyük prokuror köməkçisi Əfsər Cəfərov yenə onda müstəntiqin kimliyi barədə  məlumat olmağıdığı bildirərərk,  dəftərxanaya müraciət etməyi məsləhət bilidi.

Dəftərxana müdirəsi  Mehriban Vəliyeva  müxbirimzlə xeyli söhbətdən sonra müstəntiqin  Ceyhun  Eldar oğlu  Hümbətov ( tel  429-88-10 ) olduğunu bildirib. 

NUH.az-ın müxbirininin  "Qəza  zamanı yaxtada Günel  Mirzəyeva  ilə birlikdə kimlər olub?" sualına böyük müstəntiq Ceyhun Hümbətov  belə cavab verib: " Mətbuatın suallarına cavab vermək  bizə qadağan olunub. Siz bu sualla  Bakı şəhər prokurorluğunun mətbuat xidmətinə müraciət edin".

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib