Dərc edilib: 14-07-2017

https://www.nuh.az/11508-.html

Prezidentdən Elmira Süleymanova ilə bağlı sərəncam

14.07.2017 18:24:38

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Elmira Süleymanovanı təltif edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamda deyilir:

“Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Elmira Teymur qızı Süleymanova “Şərəf” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili olan Elmira Süleymanovanın 17 iyulda 80 yaşı tamam olur. 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib