Dərc edilib: 14-07-2017

https://www.nuh.az/11509-.html

Bakı metrosunda 19 yaşlı qız özünü relslərin üstünə atdı

14.07.2017 20:28:23

Hadisə

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.


Report-un  xəbərinə görə, hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib