Dərc edilib: 15-07-2017

https://www.nuh.az/11513-.html

Aİ92 markalı benzinin qiyməti bu gecə qalxa bilər: qeyri -rəsmi

15.07.2017 00:17:42

İqtisadiyyat

Aİ 92 markalı benzinin və mazutun qiymətləri qalxa bilər.


Musavat.com -un müxbiri şəhərdə və sosial şəbəkələrdə dolaşan bu söylənişi dəqiqləşdirmək üçün bir neçə YDM -ə baş çəkib. Orada işləyən əməkdaşlar müxbirimzə deyiblər ki, onlara bu gecə saat 24-dən sonra Aİ 92 markalı benzinin qiymətini qaldırmaq tapşırığı gəlib. YDM işçiləri ümid edirlər ki, bu, baş versə, onların maaşları da qalxar. Lakin məlum məsələdir ki, on minlərlə avtomobil istifadəçisi belə bir bahalaşmadan məmnun olmayacaq.

Gec olduğu üçün bu xəbəri hazırlayarkən rəsmi qurumlardan münasibət ala bilmədik. Lakin yenə də qeyri -rəsmi mənbələrdən öyrəndik ki, yaxın saatlarda tarif şurasının müvafiq qərarı yayınlanacaq. 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib