Dərc edilib: 15-07-2017

https://www.nuh.az/11518-.html

Daha bir bahalaşma anonsu: Gediş haqları qalxacaq...

15.07.2017 11:52:08

Cəmiyyət

"Qiymət artımından qaçmaq olardı, təəssüf ki, hökumət artıma getdi". "Qaynarinfo" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert bildirib ki, növbəti qiymət artımı nəqliyyatda olacaq: "Bundan sonra artım növbəsi nəqliyyat sisteminin olacaq. Eyni zamanda digər sahələrdə də bahalaşmanı şərtləndirəcək".

Qeyd edək ki, Tarif Şurası Aİ 92 markalı benzinin qiymətini 90 qəpiyə qaldırıb.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib