Dərc edilib: 15-07-2017

https://www.nuh.az/11520-.html

Baş prokuror Zakir Qaralova 2 sual

15.07.2017 13:19:19

Siyasət

 

Cənab Baş Prokuror!

 

Mətbuatdan bəllidir ki, Xəzərdə batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Məni  NUH.az saytının baş  redaktoru olaraq  2 sual  maraqlandırır:


1.  Qəza  zamanı yaxtada Günel  Mirzəyeva  ilə birlikdə kimlər olub? 

2.  Qəzanın baş verdiyi yaxta kimə məxsusdur?


Təəssüf ki, dəfələrlə əlaqə saxlamağımıza  baxmayaraq  nə Sabunçu rayon prokurorluğunun böyük müstəntiqi Ceyhun Hümbətov, nə də Bakı şəhər prokurorluğunun mətbuat xidməti suallara cavab verir.  

Görəsən  bu məlumatları  cəmiyyətdən gizlətməkdə hüquq-mühafizə orqanlarının nə marağı var?  

Bəlkə,  yaxtanın sahibinin kimliyi, yaxud  qəza yerində kimlərin olması dövlət  sirridir ? 

Ümid edirəm ki, yaxın zamanda prokurorluq tərəfindən  hər 2 suala konkret cavab veriləcək.  

 

Hörmətlə,  NUH.az-ın  baş  redaktoru  Kamran Məhərrəmli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib