Dərc edilib: 15-07-2017

https://www.nuh.az/11521-.html

Əli qılınclı "Yaşıl baba" kimdir ?

15.07.2017 13:47:14

Cəmiyyət

Mətbuatdan məlumadur ki,   bir neçə gün öncə  Təzəpir məscidində günorta namazı qılınan zaman iki nəfər məscidə girib.

Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.

Bu  gün  NUH.az-a  daxil olan məlumata görə, əlində  qılınc tutan şəxs  Quba rayonunun Amsar  kənd sakinidir. O, həmişə yaşıl köynək, yaşıl corab geydiyi üçün camaat ona "Yaşıl baba" deyir. 

Mənbənin  məlumatına görə, "Yaşıl baba"  Quba-Nügədi yolundakı kiçik pirin nəzir- niyazı ilə dolanır. Arada  Quba bazarında süd-qatıq və meyvə satır. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib