Dərc edilib: 16-07-2017

https://www.nuh.az/11532-.html

İŞİD-in yeni lideri açıqlandı - Fransa vətəndaşıdır

16.07.2017 16:24:42

Region

Ərəb mətbuatı İŞİD-in öldürülən eks-lideri Əbubəkr əl-Bağdadinin yerinə gələcək şəxsin adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Əl-Ərəbiyyə” kanalı rəhbərliyə İŞİD-in Livan üzrə nümayəndəsi Cəlaləddin əl-Tunisinin gələcəyini iddia edib.

1982-ci ildə Tunisdə doğulan Cəlaləddinin əsl adı Məhəmməd Bin Saləm əl-Ayunidir. 90-cı illərdə ailəsi ilə birlikdə Fransaya sığınaraq bu ölkənin vətəndaşlığını alıb.

2011-ci ildə Tunisdə baş verən “Ərəb Baharı” zamanı oraya getmiş, daha sonra İŞİD-ə qatılmışdı.

İddia ilə bağlı hələlik İŞİD-dən açıqlama verilməyib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib