Dərc edilib: 16-07-2017

https://www.nuh.az/11534-.html

İran prezidentinin qardaşı həbs edildi

16.07.2017 16:43:37

Siyasət

İran prezidenti Həsən Ruhaninin qardaşı və köməkçisi Hüseyn Feridun həbs edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hakim zaminlik pulu ödənilmədiyi üçün bu qərarı verib.

Qeyd edək ki, Hüseyn Feridun Karac və Nişapurda bölgə sədri olub. Bir dövrlər Ayətulla Xomeyninin təhlükəsizliyindən məsul olan Hüseyn seçki kampaniyası ərzində prezident Həsən Ruhaninin xüsusi məsləhətçisi olub. Tez-tez qeyri-qanuni işlərdə adı hallanan Feridunun iqtisadi məsələlərdə fırıldaqçılıq edərək sərvət sahibi olduğu deyilir.

Hətta Maliyyə və İqtisadiyyat nazirliyinin işinə müdaxiləsi də iddialar arasındadır.

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib