Dərc edilib: 16-07-2017

https://www.nuh.az/11537-.html

Tramp sürüşür...

16.07.2017 19:05:15

Dünya

ABŞ prezidenti Donald Trampın altı aylıq fəaliyyətini amerikalıların sadəcə 36 faizi dəstəkləyir.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” nəşri və “ABC” telekanalının apardığı sorğunun nəticələrində bildirilir.

Səsvermədə iştirak edənlərin 58 faizi Trampın fəaliyyətini bəyənmədiklərini ifadə ediblər. Qeyd olunur ki, bu, son 70 ildə dövlət başçısı üçün ən aşağı göstəricidir.

Respondentlərin 43 faizi prezidentin iqtisadiyyatdakı qərarlarını tərifləyib, 41 faizi bu qərarların əleyhinə çıxıb, digərləri isə bitərəf olublar. 

Xatırladaq ki, D. Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib