Dərc edilib: 17-07-2017

https://www.nuh.az/11550-.html

Əli Kərimin məzarı köçürüləcək?

17.07.2017 16:36:43

Mədəniyyət

Əli Kərimin həyat yoldaşı Elza xanım müsahibə verərək, Göyçay rayon icra hakimiyyətinin başçısının şairin məzarını Göyçaydakı parkdan köçürmək istədiyini söyləyib.  Onun sözlərinə görə, şairin məzarı bu məqsədlə hasara alınıb.  
 
 kulis.az  xəbər verir ki, məsələ ilə bağlı Göyçay rayon İcra hakimiyyətinin birinci müavini İkram Vəliyevlə əlaqə saxladıq. O  bildirib ki, Əli Kərimin məzarının köçürülməsi ilə bağlı şairin ailəsindən razılıq alınmışdı: “Sonra fikirlərini dəyişdilər və biz də qərara aldıq ki, məzar olduğu yerdə qalsın. İndi məzarı təmir etdik və qiymətli daşlarla hasara alınaraq qapı qoyduq. Burda heç bir köçürülmədən və məzarın harasa daşınmağından söhbət gedə bilməz. Məsələ öz həllini tapıb”.

 

   NUHaz 

NUH informasiya agentliyi səhifəsindən çap edilib