Dərc edilib: 19-07-2017

https://www.nuh.az/11565-.html

Qəzetlərə maliyyə yardımı ayrıldı

19.07.2017 19:03:06

İqtisadiyyat

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” Sərəncam imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılır.

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib