Dərc edilib: 20-07-2017

https://www.nuh.az/11579-.html

Bu gün Anar Məmmədxanovun doğum günüdür

20.07.2017 14:09:06

Maraqlı

Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.

"Qaynarinfo" xəbər verir ki, Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olan Anar Məmmədxanlı 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı seçilib.

2011-ci il aprelin 23-də infarkt səbəbindən dünyasını dəyişən Anar Məmmədxanovun Məryəm, İslam və Mədinə adlı 3 övladı qalıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib