Dərc edilib: 21-07-2017

https://www.nuh.az/11605-.html

Salvador Dalinin qəbri açılır

21.07.2017 17:18:41

LIVE

Dünya şöhrətli ispan rəssam Salvador Dalinin qəbri DNK testi üçün açılıb.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı Mariya Pilar Abel adlı qadın Dalinin qızı olduğunu iddia edirdi və məhkəmə bu iddianın həqiqət olub-olmamasını yoxlamaq üçün analiz edilməsinə icazə verib.

Qəbirdən rəssama aid DNK nümunələri götürüləcək. Qadının iddiasına əsasən, onun anası və Dali 1955-ci ildə münasibətdə olub və o dünyaya gəlib. İspaniyalı rəssamın yaşadığı evdə qulluqçu işləyən qadının Salvador ilə dostluq münasibətinin sonradan sevgiyə çevrildiyi iddia edilir.

Kart falına baxmaqla məşğul olan Mariya Piların iddiası həqiqət olsa, Salvador Dalinin sərvətinə haqq qazanacaq və 300 milyon avroya sahib olacaq. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib