Dərc edilib: 21-07-2017

https://www.nuh.az/11611-.html

Mingə(çevir)in icra başçısı bundan sonra Yasamalı (çevir)əcək

21.07.2017 19:54:07

Siyasət

Yasamal  RİH-nin başçısı İbrahim Mehdiyev xeyli müddətdir ki, vəzifəsindən azad edilib. Ancaq icra başçısının kreslosu boş qalmaqda davam edir.


Ümumiyyətlə, bugünədək  icra başçılarının yeri uzun müdddət boş qalmayıb, adətən bir həftə müddətində  yeni icra başçısı bəlli olub.

 

İbrahim Mehdiyevin xeyli vaxtdır kreslosunun boş qalması,  ümumiyyətlə, vəzifədən uzaqlaşdırılması,  onun “Mənimlə bağlı  Prezidentə düzgün məlumat verməyiblər” deməsi,  rayon ərazisindəki  JEK  rəisinin öz kabinetində  (?)  qəfil ölməsi, xeyli suallar doğurur.


Əlbəttə, bütün bunlara müvafiq orqanlar aydınlıq gətirəcək. Və icra başçısı postu uzun müddət boş qala bilməz.

 

NUH.az-a daxil olan məlumata görə, hazırda Yasamal rayonundakı  Sovetski  deyilən ərazidə evləri plana düşən-sökülən ev sahiblərindən evin sahəsini artırmaq  üçün  yığılna külli miqdarda pulun ciddi müzakirəsi gedir. Əslində yuxarıdakı  sualların cavabını da burda axtarmaq lazımdır.

Mənbənin  NUH.az-a bildirdiyinə  görə,  hazırda Yasamal RİH-nin başçısı postuna bir neçə namizəd var. Ancaq mənbə NUH.az-a bildirdi ki, yaxın günlərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazı Bayramovun  Yasamala başçı təyin olunacağı gözlənilir.

Xatırladaq ki, keçmiş  gömrük işçisi olan Niyazi Bayramov  gənclər və idman naziri Azad  Rəhimovun yaxın qohumudur.

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib