Dərc edilib: 22-07-2017

https://www.nuh.az/11612-.html

Şamaxı yolu çökdü - Uçqun baş verib

22.07.2017 00:00:20

Hadisə

Bakı-Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliyində iri torpaq yığını avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb.


Xezerxeber.az-ın  məlumatına görə, sözügedən ərazidə daha əvvəl də bir neçə dəfə belə hadisə baş verib. Yolun bu hissəsində baş verən torpaq uçqununun qarşısını almaq məqsədilə istinad divarı çəkilsə də, torpaq axınının qarşısını almaq mümkün olmayıb. Yola tökülən torpaq avtomobillərin hərəkətinə mane olub.

Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar əmələ gəlib. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qismən də olsa, təsir edib. Bu səbəbdən sözügedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurulub.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib