Dərc edilib: 22-07-2017

https://www.nuh.az/11620-.html

İsrail və Fələstin arasında gərginlik pik həddə çatdı: 3 yəhudi öldürüldü

22.07.2017 11:27:12

Region

Dünən İsrail polisinin Əl -Əqsa məscidi qarşısında fələstinlilərə hücumu nəticəsində 3 nəfər öldürülmüşdü. Son məlumatlara görə bir fələstinli 3 İsrail vətəndaşını qətlə yetirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İordan çayının qərb sahilində bir nəfər fələstinli yəhudi ailəsinin evinə daxil olaraq ata, oğul və qızı bıçaqla qətlə yetirib, ananın vəziyyətinin ciddi olduğu bildirilir. Axşam yeməyi zamanı edilən hücum zamanı evdə 10 nəfər olub.

Yeniyetmə fələstinlinin silahla vurulduğu və xəstəxanaya aparıldığı bildirilir.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib