Dərc edilib: 22-07-2017

https://www.nuh.az/11621-.html

“Akkord” Korporasiyası Qazaxıstanda 70 mln. dollarlıq tenderin qalibi oldu

22.07.2017 11:40:33

İqtisadiyyat

20 iyul 2017-ci ildə Qazaxıstanın Astana şəhərində sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirib.

Virtualaz.org-un məlumatına görə, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çin dövlətlərindən olan 9 yerli və xarici şirkət iştirak edib.

Respublikamızı təmsil edən, yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəsi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ümumi dəyəri 70 milyon dollar olan hər iki lotun tikintisi üzrə tenderin qalibi elan edildi.

Hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti ilə seçilir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib