Dərc edilib: 22-07-2017

https://www.nuh.az/11632-.html

İran və Qazaxıstanın hərbi gəmiləri Bakıda

22.07.2017 16:54:20

İdman

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib