Dərc edilib: 22-07-2017

https://www.nuh.az/11634-.html

173 nəfərlik "ölüm qrupu" Avropanı qan gölünə döndərəcək

22.07.2017 18:42:11

Kriminal

Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) 173 kamikadzenin yer aldığı siyahını açıqlayıb.


 publika.az  xəbər verir ki, kamikadzelər terror hücumlarının həyata keçirilməsi üçün Avropaya yola düşə bilərlər.

Bu məlumatlar Suriyada və İraqda Amerika kəşfiyyatı tərəfindən əldə edilib və İNTERPOL-a Federal Təhqiqatlar Bürosu (FTB) təqdim olunub.

Qeyd edək ki, kəşfiyyat qurumları Yaxın Şərqdə ardıcıl məğlubiyyətlərə uğrayan İŞİD-in döyüşçülərini Avropaya göndərəcəyindən ehtiyat edirlər. Amma İNTERPOL-da İŞİD kamikadzelərin hazırda Avropada olub-olmadığı barədə məlumat yoxdur.

Siyahıya daxil edilən terrorçular əldəqayırma partlayıcı qurğuları hazırlayan və onları yerləşdirən insanlar kimi xarakterizə edilir. Güman edilir ki, onlar terror fəaliyyətində iştirak üçün nəinki Avropa, bütün dünya üzrə səyahət edə 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib