Dərc edilib: 23-07-2017

https://www.nuh.az/11639-.html

Bakıda dəniz limanında faciə - Ölən var

23.07.2017 12:46:41

Hadisə

Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.


 Lent.az   xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. 

Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, faciəvi şəkildə vəfat edən Hilal Məmmədyarlının iş sığortası olub və onun ailəsi maddi yardım alacaq: “Məlum hadisənin baş verməsindən çox təssüflənirik. Dünyasını dəyişən Hilal Məmmədyarlının ailəsinə və yaxınlarına başsağlığı veririk. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

Faktla bağlı araşdırma aparılır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib