Sakit okeanın dərinliklərində 100 illərdir bilinməyən yeni növ balıq tapılıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ağırlığı 2 ton, uzunluğu isə 3 metrə yaxın olan ən böyük sümüklü balığı Mardoç Universitetinin avstraliyalı alimi Marianna Nyiqard kəşf edib.

"Hoodwinker Sunfish" və ya "Mola tecta" adı verilən bu balıq Yeni Zelandiya ətrafında, Avstraliyanın cənub-şərq sahillərində, həmçinin Afrika və Cənubi Çili ətrafında yaşayır. Soyuq suyu sevən bu canlı maskalanma xüsusiyyətinə malik olduğundan indiyə kimi kəşf edilməmişdi.

Qey edək ki, bir neçə il əvvəl yaponiyalı alimlər sahildə sözügedən balığın qalıqlarını tapmış, lakin bunun hansı növ olduğunu müəyyən edə bilməmişdilər.