Dərc edilib: 23-07-2017

https://www.nuh.az/11645-.html

İngiltərə meşələrinə vəhşi heyvanlar buraxır

23.07.2017 14:01:57

Maraqlı

Birləşmiş Krallıq Britaniyada maral populyasiyalarını nəzarətdə saxlamaq üçün adaya vəhşi heyvanlar gətirməyi planlaşdırır.

"Qaynarinfo" Rusiya mediasına istinadən xəbər verir ki, "Britaniya vaşaq fondu" 1300 il əvvəl bu ölkənin meşələrindən yoxa çıxmış vaşaqları geri qaytarmaq niyyətindədir. İlk mərhələdə 6 vaşaq meşələrə buraxılacaq və onlar measir texnika ilə nəzarətdə saxlanılacaq. 5 il sınaq müddətində vəhşi heyvanlar Britaniyada yaşaya bilsələr ikinci mərhələyə start veriləcək.

İngiltərəli ekoloqların fikrincə meşələrdə maralların təbii qənimi qalmayıb. Belə ki, bu ölkədə sonuncu canavar 16-cı əsrdə, Şotlandiyada 1684-cü, İrlandiyada isə 1786-cı ildə öldürülüb. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib