Dərc edilib: 23-07-2017

https://www.nuh.az/11648-.html

ABŞ-da vəhşilik: 8 ölü, 30 yaralı

23.07.2017 16:37:06

LIVE

ABŞ-ın Texas ştatında traktor konteynerində 8 nəfərin cəsədi tapılıb, 30 nəfər isə yaralıdır.


"Qaynarinfo" "CNN"ə istinadən xəbər verir ki, insan alveri ilə əlaqəli olduğu ehtimal edilən hadisə nəticəsində tapılan 30 yaralıdan 17-sinin vəziyyəti ağırdır. 

Qeyd edək ki, konteynerdəki bir nəfər "Walmart" marketlər şəbəkəsində işləyən işçidən su istəyib. Yaralıya su verən işçi daha sonra polisə zəng edib.

Traktorun sürücüsü həbs edilib. Polis əlavə informasiyaya sahib olmadığını deyir və araşdırma davam edir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib