Dərc edilib: 24-07-2017

https://www.nuh.az/11661-.html

Bakıda qayınana kürəkənini bıçaqlayıb

24.07.2017 09:32:47

Kriminal

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


 “Report”   xəbər verir ki, Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman Telman oğlu ikinci həyat yoldaşının anası ilə ailə məişət zəminində mübahisə edib.

Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib