Dərc edilib: 24-07-2017

https://www.nuh.az/11665-.html

Deputatımız həbs olundu

24.07.2017 13:49:05

Siyasət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə D.Xəlilov son sözünü deyib.

O bildirib ki, xarici layihələrə pulların ayrılması Beynəlxalq Bankın o vaxtkı rəhbərliyinin qərarı olub: “Biz bunları həyata keçirə bilməzdik, bu, bankın öz təşəbbüsüdür. Həmin pullar birbaşa bankla transfer olunub. Sənədlərdə də açıq görsənir ki, pullar haradan götürülüb, hara göndərilib. Barəmdə bəraət hökm verilməsini istəyirəm”. 

Hakimlər keçmiş deputata hökm oxumaq üçün müşavirəyə çıxıb. 

***

Məhkəmə kollegiyasının hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olanlar - M.Zeynalov, F.Əmiraslnov, S.Seyfullayev hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib və onlar məhkəmə zalında həbs edilib.

***

Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərova şərti cəza verilib.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib