Dərc edilib: 24-07-2017

https://www.nuh.az/11667-.html

Rusiya Ukrayna ilə sərhədə qoşun yığır

24.07.2017 14:19:01

Region

Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması barədə məlumat yayılıb.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Nikolay Mujenko bu barədə məlumat verib və Rusiyanın Ukrayna ilə sərhədə 3 bölük əsgər yığdığını bildirib. Hərbi birliklər qəfil hücum üçün təlim görüblər və hərbi nəqliyyat vasitələri ilə təchiz ediliblər.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ötən gün açıqlama verərək Ukraynanın şərqində Rusiya ilə gərginliyin son həddə çatdığını bildirmişdi.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib