Dərc edilib: 24-07-2017

https://www.nuh.az/11668-.html

Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib

24.07.2017 15:20:12

Kriminal

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər Ali Məhkəməyə müraciət ediblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov qərarından kassasiya şikayəti veriblər. Şikayətə Ali Məhkəmənin hakimi İnqılab Nəsirov baxacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

 

 NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib