Dərc edilib: 24-07-2017

https://www.nuh.az/11669-.html

Məşhur aparıcı yeni verilişə başlayır

24.07.2017 15:24:54

LIVE

ARB TV-də yeni layihəyə start verilir. 

"Qafqazinfo" xəbər verir ki, "Xalqın şairi" adlı müsabiqədə şairlik istedadı, şeir demək bacarığı olan şəxslər yarışacaqlar. Yarışmanın münsiflər heyətində maraqlı simalar yer alacaq. Həftələrlə davam edəcək layihənin qalibini ev mükafatı gözləyir.

Verilişin anonsları artıq yayımlanmağa başlayıb. Verilişin aparıcısı tanınmış telejurnalist Mübariz Əsgərovdur. Yarışmanın münsiflər heyətində kimlərin olacağı isə yaxın günlərdə açıqlanacaq.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib