Dərc edilib: 25-07-2017

https://www.nuh.az/11683-.html

Modelin batdığı yaxta Həbib Axundova məxsus olub

25.07.2017 17:48:04

Cəmiyyət

 

Mətbuatdan bəllidir ki, Xəzərdə batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Xatırladaq  ki, Günel  Mirzəyeva  5 nəfər dostu ilə birlikdə  dənizdə  yaxta gəzintisində olarkən yaxta aşıb  və dostları  xilas ola  bilsə də  Günel  dənizdə boğularaq ölüb.

NUH.az xeyli  müddət   Günelin kimlərlə bir yerdə olmasını  və  yaxtanın  kimə məxsus olmasını araşdırmağa  çalışsa da müvafiq  orqanlar suallara  cavab verməkdən  yayınıblar.

Dəfələrlə Baş prokurorluğun, Bakı şəhər prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlasaq da suallarımıza cavab verməyiblər.

 

Hətta yaxtanın  kimə məxsus olduğunu dəqiqləşdirmək üçün   FHN-nin “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”nə də  müraciət etdik.  Çünki  yaxtalar  bu  Xidmətdə mütləq qeydiyyatdan keçməlidir.  Ancaq  FHN suallarımıza  cavab vermədi. Müvafiq orqanlar  “ istintaq sirri...biznes  sirri “ adı altında  suallardan yayındılar.  

Maraqlıdır ki, müraciət etdiyimiz  müvafiq qurumlarım hamısı  “Başınız ağrıyar...bu məsələdən uzaq olun”  deməklə  sanki dövlət sirrinin  üstünü açırmış kimi davrandılar.

Sonda öz araşdırmalarımız nəticəsində bəlli  olub ki, dənizdə batan Günel Mirzəyeva ilə birlikdə olanlardan biri  Milli Məclisin əməkdaşı  Nailə Sultanova , digəri isə Milli Məclisin üzvü  Elmira Axundovanın oğlu Həbib Axundovdur. Bizim məlumatımıza görə yaxta deputatın oğluna məxsudur.

 

Xatırlatma üçün onu da qeyd edək ki, Günelin  ölümündən bir neçə gün sonra  "BakıPost" internet nəşrinin baş redaktoru, keçmiş deputat  Sabir Rüstəmxanlının bacısı oğlu Elçin Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub.

Həbib  Axundov  mətbuata bildrib ki,  baş redaktor  onu  “ŞƏXSİ  HƏYATINA  AİD  OLAN  ÇİRKİ “ məqalələrlə şantaj edirmiş. Görəsən, Günelin ölümünün  Həbib Axundovun şəxsi həyatına aid olan çirkin işlərə nə dəxli var..?


Qarşı tərəfin və müvafiq orqanların mövqeyini dərc etməyə hazırıq.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib