Dərc edilib: 25-07-2017

https://www.nuh.az/11684-.html

İcra başçısının müavininə yeni vəzifə verildi - Nazirlikdə + FOTO

25.07.2017 18:24:30

Cəmiyyət

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.

 

 "Report"   xəbər verir ki, X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.

Məlumat Biləsuvar RİH tərəfindən təsdiqlənib.

Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank”ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılıb.

X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.

 

    NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib