Dərc edilib: 25-07-2017

https://www.nuh.az/11690-.html

Trampdan Ukraynaya ittiham

25.07.2017 20:48:46

Dünya

Prezident Donald Tramp Ukrayna hökumətini ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edib.

“Qafqazinfo”nun  məlumatına görə, Amerika lideri Tvitter hesabında rəsmi Kiyevi prezidentliyə namizəd Hillari Klintonun seçki kampaniyasına dəstək olduğuna görə Ukraynanın əməllərini araşdırmağa çağırıb.

“Ukraynanın Trampın kampaniyasını pozmaq cəhdi az da olsa Klintonun mövqeyinin yaxşılaşmasına kömək edib. Cənab prokuror (Ceff Seşns), bəs araşdırmalar etmisən?”, - deyə Amerika lideri yazıb. 

Trapm həmçinin C. Seşnsi Hillari Klintonun cinayətlərinin araşdırılmasında olduqca zəif mövqe nümayiş etdirməkdə ittham edib.

Prezidentin fikrincə, Federal İstintaq Bürosunun rəhbəri Endryu Makkeyb demokratdan 700 min  dollar alıb və bu pulu həyat yoldaşına xərcləyib. 

Ukraynanın ABŞ-dakı səfirliyindən isə bildirilib ki, Kiyev prezident seçkilərində heç bir namizədə kömək etməyib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib