Dərc edilib: 27-07-2017

https://www.nuh.az/11708-.html

Deputatın fabrikində partlayış - Yenilənib

27.07.2017 12:28:25

Hadisə

Lerik rayonunda broyler fabrikində partlayış olub.
 
APA   xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb.
 
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
 
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

***

Hadisənin baş verdiyi "Lerik Broyler" MMC rayonun deputatı İqbal Məmmədova məxsusdur və onun atası Nəriman Məmmədovla, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. Şirkət "Lebro" markası ilə toyuq istehsalı və satışı ilə məşğul olur.

***

Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev APA-ya bildirib ki, baş verən partlayış nəticəsində iki nəfər yaralanıb. 

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.

***

Qeyd edək ki, bir müddət əvvəl mediada həmin fabrikdə antisanitar mühitin olduğu barədə iddialar və video material yayımlanıb. Bu barədə açıqlama verən vətəndaş Kəbirə Əliyevaya qarşı deputat 30 min manatlıq məhkəmə iddiası qaldırmışdı. K.Əliyeva həmin zaman şirkətdə təhlükəsizlik tədbirlərinin zəif olmasını qeyd edib və bildirmişdi ki, “Lerik Broyler” fabrikində elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib