Dərc edilib: 28-07-2017

https://www.nuh.az/11727-.html

Rusiyalı məşhurun nəvəsi evləndi - Fotolar

28.07.2017 11:56:23

Region

SSRİ xalq artisti  Alla Puqaçovanın nəvəsi, müğənni Kristina Orbakayte və Vladimir Presnyakovun kiçik oğlu evlənib. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 26 yaşlı Nikita Presnyakov 20 yaşlı Alena Krasnova ilə ailə həyatı qurub. 

Bir neçə ildir ki, sevgili olan cütlük rəsmi nikah bağlamaq qərarına gəliblər. Dəbdəbəli toya Rusiyanın tanınmış simaları da qatılıb.  Gecədə Alena iki gəlinlikdən istifadə edib. 

Məclisdən çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb. 

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib