Dərc edilib: 28-07-2017

https://www.nuh.az/11730-.html

Ali Məhkəmə baş naziri işdən azad etdi

28.07.2017 12:31:08

Dünya

Pakistanın Ali məhkəməsi baş nazir Nəvəz Şərifin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, baş nazir korrupsiyada ittiham edilir və bir müddət idi bu barədə mətbuatda iddialar yer alırdı.

Qeyd edək ki, 2015-ci ildə "Panama Papers" Şərifin ailəsinin sərvəti və övladlarının ofşor şirkətləri barədə məlumatları yaymışdı. 

Baş nazir iddiaları rədd etsə də, məhkəmənin 5 hakiminin qərarı ilə o vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Ali məhkəmənin hakimi Ecaz Əfzəl Xan bildirmişdi ki, Nəvəz Şərifin parlamentin üzvü olmağa mənəvi hüquq yoxdur.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib