Dərc edilib: 28-07-2017

https://www.nuh.az/11733-.html

İcra başçıları xanım müavinlərinə “neden elveda” deyir?

28.07.2017 15:16:31

Siyasət

 

Bir neçə il əvvəl  bəh-bəhlə  rayon icra hakimiyyətlərinə müavin təyin olunan  gənc  xanımların  son vaxtlar  “yarpaq tökümü”  başlayıb.

 

Söhbət  xanım müavinlərin  dalbadal  işdən azad edilməsindən gedir. Hər gün  oxuyuruq ki, filan icra başçısı öz xanım müavinini işdən azad elədi. Düzdür, icra başçıları mümkün qədər çalışır ki, bu xəbəri mətbuatdan  gizlətsinlər, yəni xəbər  qaynarlığını  itirsin, soyusun, söz-söhbət yaranmasın.

Ancaq  gec-tez  xəbər cəmiyyətə bəlli olur   və  bu mövzuda mətbuatda cürbəcür şərhlərə, analitik yazılara rast gəlirik.

Ən təəccüblüsü  odur ki, işdən azad olunan  xanım müavinlər  səslərini də çıxarmırlar. Niyə ?

Əslində  savadlı, təcrübəli  xanımların rəhbər vəzifələrə cəlb olunması ümumilikdə cəmiyyətin  xeyrinə olan məsələdir və müsbət  təşəbbüsdür.

Amma son illərin təcrübəsi göstərir ki, bəzi icra başçıları öz  xanım müavinlərini  loru dildə desək  başqalarına  qısqanır. Və sonda ortaya konfliktlər çıxır. Hətta rayondakı  rəhbər şəxslər arasında  qarşıdurma yaranır. Nəticədə icra başçıları  xanım müavinləri ilə vidalaşmalı olurlar. Bu qədər sadə və bəsit.  Əlbəttə, dediklərimiz bütün xanım müavinlərə aid deyil. Qoy, hər kəs öz payını götürsün.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib