Dərc edilib: 28-07-2017

https://www.nuh.az/11739-.html

İsrail polisinin zülmü davam edir

28.07.2017 19:26:38

Region

Bu gün Qüdsdə Cümə namazından sonra İsril polisi müsəlmanlara hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail poisi yaşı 50-dən az olan kişiləri “Məscidi-Əqsa”ya buraxmadığı üçün minlərlə insan məscidin yaxınlığındakı küçələrdə namaz qılıblar.

Namazdan sonra İsrail əleyhinə şüarlar səsləndirən müsəlmanlara polis tərəfindən sərt müdaxilə edilib. Polis gözyaşardıcı qaz və plastik mərmilərdən istifadə edib. Qısa çaxnaşmadan sonra müsəlman əhali ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, dünən axşam da İsrail polisinin fələstinlilərə hücumu nəticəsində 100-dən çox insan yaralanmışdı.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib