Dərc edilib: 28-07-2017

https://www.nuh.az/11740-.html

Daha bir ailə faciəsi - İki uşaq atası arvadını öldürdü

28.07.2017 19:33:26

Hadisə

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

 

 APA  verdiyi məlumata göra, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib