Dərc edilib: 29-07-2017

https://www.nuh.az/11750-.html

“Jalə”yə məxsus yük maşını aşdı - Şirkətə 20 min manat ziyan dəydi

29.07.2017 16:27:16

İqtisadiyyat

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 


Report-un  məlumatına görə, Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, Lənkəran rayon sakini Abbas Nurullayevin idarə etdiyi “Jalə” şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb. 

Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

 

   NUH.az 

 

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib