Dərc edilib: 29-07-2017

https://www.nuh.az/11751-.html

Bakının yarısı qazsız qaldı

29.07.2017 16:33:49

Hadisə

Bakının Yasamal, Səbail rayonlarında və Nəsimi rayonun bir hissəsində bu gün səhər tezdən qazın verilməsi dayandırılıb.

 

 “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirib ki, paytaxtın bu rayonlarının qaz təchizatının dayandırılması 700-millimetrlik magistral qaz kəmərinin yenidən qurulması ilə bağlıdır. 

O, qeyd edib ki, təmirçilər bütün işləri axşama qədər qurtaracaqlarına və qazın verilməsinin bərpa ediləcəyinə söz veriblər.

Bütün hallarda başa düşmək olmur: niyə qazı bakılıların mənzillərinə çatdıran boru kəmərlərində təmir işləri, bir qayda olaraq, məhz istirahət günləri aparılır?

 

    NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib