Dərc edilib: 29-07-2017

https://www.nuh.az/11754-.html

1990-cı ildə öldürülən Əjdər Xanbabayev və dünən güllələnən Xanbabayev

29.07.2017 19:09:11

Cəmiyyət

Dünən   Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin oğlu, Binəqədidə mühafizə polisinin rəisi olan Samir Xanbabayevin nazirlərdən birinin oğlu  tərəfindən Qusarda güllə ilə vurulması xəbərini oxuyanda  fikrim çox uzaqlara  ötən əsrin 90- cı  ilinə getdi. 

 

Məlumat üçün bildirim ki,  respublikamızın  tanınmış ziyalılarından olan məşhur poliqrafçı, "Azərnəşr"in direktoru Əjdər Xanbabayev  1990-cu il may ayının 30-da Bakının mərkəzindəcə, naməlum şəraitdə qətlə yetirildi. İş üzrə istintaq beş ildən çox davam etdi. Nəticədə istintaqın əhatə dairəsinə nəinki təkcə Azərbaycanın, bütövlükdə SSRİ-nin taleyini həll edən adamların adı düşdü.

Sonradan hakimiyyətə gələn Heydər  Əliyev MTN-dəki çıxışında  Əjdər  Xanbabayevlə dost olduğunu və onun qətlinin MTN-də planlaşdırıldığını qeyd etmişdi.

 

O vaxtdan 27 il keçəndən sonra  başqa bir Xanbabayevin gülllənməsi  xəbəri yayıldı.

Görəsən nə baş verir ?

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib