Dərc edilib: 30-07-2017

https://www.nuh.az/11759-.html

İsrailə aid cəsus quş ələ keçirildi (FOTO)

30.07.2017 15:21:28

Region

Suriya İdlib şəhərində İsrailə aid olduğu ehtimal edilən cəsus quş ələ keçirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, quş bir neçə gün ərzində eyni bölgədə uçduğu üçün ərazidə yerləşən Suriya müxalif qüvvələrinin diqqətini çəkib və onlar quşu vuraraq öldürüblər. Cəsus olduğu dəqiqləşən canlının üzərindən kamera və kiçik texniki avadanlıq tapılıb. 

Avadanlıqların İsrailə aid olduğu məlum olub. Quşun kim tərəfindən və hansı məqsədlə əraziyə göndərildiyi məlum deyil.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib