Dərc edilib: 30-07-2017

https://www.nuh.az/11762-.html

Yolda gedərkən mesajlaşmaq qadağan olundu

30.07.2017 16:21:41

Dünya

ABŞ-ın Havayi ştatının Honolulu şəhərində qəzaların qarşısını almaq üçün qeyri-adi qanun qabul olunub.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən yolda hərəkət edərkən telefonla mesajlaşmaq qadağa qoyulub.

Qanunu pozanlar 15-35 dollar, bunu təkrar edən şəxslər isə 99 dollar məbləğində cərimələnəcək.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurası qəzalarla bağlı statistika açıqlayıb. Statistikaya görə, ölkədə 2000-2011-ci illər ərzində 11 min 100 nəfər yolu keçərkən xəsarət alıb.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib