Dərc edilib: 30-07-2017

https://www.nuh.az/11767-.html

Kim ABŞ-ı “şeypur çalan”a bənzətdi

30.07.2017 19:39:58

Dünya

Şimali Koreya lideri Kim Çen İn ballistik raketlə Amerika Birləşmiş Ştatlarını vura biləcəyini söyləyib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kim Çen raket sınağından böyük məmnuniyyət duyduğunu bildirib:

“Aparılan son sınaq ölkənin qitələrarası ballistik raket proqramının etibarlılığını yenidən təsdiq etdi. Hər an hər bölgə və mövqeyə mərmi atmaq mümkündür, ABŞ-a da… Bizim raket sınaqlarımız döyüş təhdidləri və böyük sərmayələriylə mənasız yerə şeypur çalan ABŞ-a ciddi xəbərdarlıqdır”.

Qeyd edək ki, atılan “Hwasong-14” raket mərmisi 998 kilometr yol qət edərək 3725 kilometr yüksəkliyə qalxıb və Yaponiya yaxınlığında dənizə düşüb.

ABŞ xarici işlər naziri Reks Tillerson böyüyən təhdidin qarşısını almaq üçün ölkələrə çağırış edib:

“BMT Təhlükəsizlik Şurası qərarları artıq neçənci dəfədir ki, açıq-aşkar şəkildə pozulu. Rusiya və Çin Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramına başlıca iqtisadi imkan təmin edən ölkələrdir. Vaşinqton rəhbərliyi Koreya yarımadasında nüvə silahlarının məhv edilməsi üçün Şimali Koreyaya xəbərdarlıq edir. ABŞ nüvə silahlı bir Şimali Koreyanı heç bir zaman qəbul etməyəcək”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib