Dərc edilib: 30-07-2017

https://www.nuh.az/11770-.html

Axund Quran kursuna gələn 11 yaşlı qıza təcavüz edib - Foto

30.07.2017 20:20:14

Hadisə

Konya şəhərinin Akşehir qəsəbəsində məscid axundu, 46 yaşı M.F. Quran kursuna gələn 11 yaşlı qıza təcavüz edib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, uşaq ailəsinə hadisə barədə məlumat verdikdən sonra polisə şikayət edilib.

Şikayətdən sonra polis axundu tutub. M.F. ifadəsində iddiaları qəbul etməyib.

Məhkəmə M.F. haqqında “Uşağa cinsi istismar” maddəsi ilə həbs cəzası verib.

Qeyd edək ki, axund evli və 2 uşaq atasıdır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib