Dərc edilib: 31-07-2017

https://www.nuh.az/11772-.html

Azərbaycanda dəhşətli hadisə - 5 nəfər öldürüldü

31.07.2017 12:06:45

Hadisə

Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.


 APA   xəbər verir ki, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlərdən 4-ü bir ailənin 4 üzvüdür. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
 
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. 

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
 
Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
 
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib