Dərc edilib: 31-07-2017

https://www.nuh.az/11780-.html

Emin Ağalarov Donald Tramp və Ceniffer Lopesi Azərbaycana gətirəcək

31.07.2017 14:44:08

Cəmiyyət

"ABŞ prezidenti Donald Trampı Bakıya dəvət etməyi planlaşdırıram".

 

 Baku.ws  xəbər verir ki, bu barədə "Jara” festivalın təşkilatçılarından biri, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu möhtəşəm tədbirin yekunları barədə "Komsomolskaya pravda"ya danışarkən deyib.

Emin Ağalarov qeyd edib ki, növbəti festivallara bütün tanışlarını dəvət edəcək.

"Festivala bütün tanışlarımı və dostlarımı dəvət etməyi planlaşdırıram. Bura ABŞ prezidenti Donald Tramp, Robert de Nironu, Cennifer Lopes də daxildir. Mən onları öz festivalımda gözləyirəm. Həyatımda qarşılaşdığım istənilən adam mənim festivalımın arzuolunan qonağıdır”, - deyə Emin Ağalarov bildirib.

Xatırladaq ki, "Jara - 2017” Beynəlxalq Musiqi Festivalı iyulun 27-dən 30-a qədər Xəzərin sahilində, "Sea Breeze” istirahət mərkəzində baş tutub. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış edib.

 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib